Xaçmazın İcra Başçısı Təhsil İdarəsinin rəisini iclasdan qovub – ÖZƏL AÇIQLAMA

Xaçmazın İcra Başçısı Təhsil İdarəsinin rəisini iclasdan qovub – ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Xaçmazın İcra Başçısı Təhsil İdarəsinin rəisini iclasdan qovub – ÖZƏL AÇIQLAMA
105897
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Xaçmazda qışa hazırlıqla bağlı keçirilən müşavirədə gərginlik yaşanıb.

Regional idarələrin rəhbərlərinin və icra nümayəndələrinin qatıldığı tədbirdə icra başçısı Elnur Rzayev Quba-Xaçmsz regional təhsil idarəsinin rəisi Rüfət Hacıyevə mobil telefonu stolun üstündən götürüb cibinə qoymağı tələb edib. Rüfət Hacıyev isə sözə məhəl qoymayıb və bu, icra başçısının xoşuna gəlməyib  və regional təhsil idarəsinin rəisinə "Dur, çıx burdan"-deyərək ondan müşavirəni tərk etməyi tələb edib. Rüfət Hacıyev isə "Mənim  burda mə işim var?"deyərək iclası tərk edib.

Bizim.Media olayla bağlı Xaçmaz İH başçısı Elnur Rzayevə və Quba-Xaçmaz regional təhsil idarəsinin rəisi Rüfət Hacıyevlə əlaqə saxlayıb.

Rüfət Hacıyev "bunu məndən niyə soruşursunuz? Üzrlü sayın"- deyərək, danışa bilmədiyini, vaxtı olmadığını səbəb gətirib.

Xaçmaz İH başçısı Elnur Rzayev sadəcə onun iclasdan çıxdığını təsdiqləyərək "cavandır, məsələni çox da böyütməyin", - deyib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO