Sürücülərin nəzərinə: “Nəqliyyat vasitələri bu halda texniki baxışdan keçə bilməyəcək” - VİDEO

Sürücülərin nəzərinə: “Nəqliyyat vasitələri bu halda texniki baxışdan keçə bilməyəcək” - VİDEO

Hazırda oxunan: Sürücülərin nəzərinə: “Nəqliyyat vasitələri bu halda texniki baxışdan keçə bilməyəcək” - VİDEO
105888
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İcbari fərdi qəza sığortası sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatı və sağlamlığı baxımından olduqca əhəmiyyətlidir. Bu növ sığorta sərnişinə səfər zamanı zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.
İndiyə qədər beynəlxaq sərnişin daşıması ilə məşğul olan sahibkarların fərdi qəza sığortası şəhadətnamə vasitəsilə ilə fiziki qaydada yoxlanılırdı. İndi bu yoxlanış elektron informasiya sistemi vastəsi ilə həyata  keçiriləcək. Prosesə nəzarəti isə Daxili İşlər Nazirliyi edəcək.

Beynəlxalq sərnişindaşıma  ilə məşğul olan sahibkarlar bilməlidirlər ki, daşıdıqları sərnişinlərin fərdi qəza sığortası olmadıqda  nəqliyyat vasitələri texniki baxışdan keçə bilməyəcək.  Ona görə də texniki baxışa gəlməmişdən öncə icbari sığortanın olması vacibdir.

Bəzi sürücülər texniki baxış zamanı nəqliyyat vasitələrindəki nasazlıqları aradan qaldırmaq üçün onlara verilən 20 gün müddətinin son günündə avtomobillərini yoxlanışa gətirirlər.

Bu da avtomobillərin texniki baxışdan keçirilməsində əlavə problemlər yaradır. Ona görə də Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara nəqliyyat vasitələrindəki nasazlıqları vaxtında aradan qaldırıb texniki baxış üçün müraciət etməyi tövsiyə edir. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzləri hər gün səhər saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO