Karqodan gələn mesaj: Məlumatlarınız oğurlanıb - MÜZAKİRƏ - FOTO

Karqodan gələn mesaj: Məlumatlarınız oğurlanıb - MÜZAKİRƏ - FOTO

Hazırda oxunan: Karqodan gələn mesaj: Məlumatlarınız oğurlanıb - MÜZAKİRƏ - FOTO

10448

Ötən gün əksər müştərilərə “Expargo” karqo şirkətindən xoşa gəlməyən müraciətlər daxil olub.

İstifadəçilər onlara gələn “sms” müraciətlərindən narahat olublar. Dərhal karqo şirkəti müştərilərinə üzürxaqlıq ”sms”i göndərib.

Bildirilib ki, onların şirkətləri haker hücumlarına məruz qalıb. 

“Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə söyləyir ki, bu hadisə haker hücumuna oxşamır:

“Daha çox adi bir insan faktı ilə reallaşa biləcək məlumata bənzəyir. Bunu deməyə apardığımız müşahidələr də əsas verir.
 

MÖVZU İLƏ BAĞLI:

Gömrük Komitəsindən daşıyıcı şirkətlərə ETİRAZ – “Bağlamaları gecikdirirlər”


Bəzi adamlar bunu bir marketinq aləti kimi qiymətləndirirlər. Yəni, şirkət öz nüfuzunu qaldırmaq üçün belə bir addım atıb. Hesab edirəm ki, bu cür marketinq planı şirkətin yalnız imicinə ziyan vurur. Karqo şirkəti belə bir addımla özünə hansısa müsbət imic qazandıra bilməz”.  

O.Gündüz əlavə edir ki, vətəndaşlarla işləyən qurum özünün təhlükəsizliyini qorumaq üçün önəmli addımlar atmalıdır: 

“Birinci növbədə yaxşı mütəxəssisləri cəlb etməli, sistemlərini audit etdirməlidir. Müstəqil auditləri dəvət etməlidirlər ki, şirkətin dayanıqlığının nə qədər təhlükəsiz olduğunu araşdıra bilsin.

Bilirsiniz ki, karqo şirkətlərində vətəndaşların şəxsi məlumatları olur. Belə hallar olanda şirkətlər fərdi informasiya haqqında qanunun qorunmasına cavab verməlidirlər.

Bu qanunun özünün xüsusi tələbləri var. Auditlər çıxıb desinlər ki,  fərdi informasiyaların qorunması haqqında qanunun  tələblərinə uyğun bu addımlar atılıb.

Məsələn, desinlər ki, audit olunub, lisenziyalı proqramlardan istifadə olunub, normal hostinqdə saxlanılıb. Təəssüf ki, karqo şirkətləri  bu sadaladıqlarımın heç biri barəsində məlumat vermirlər”. 

Texnobloger Fərid Pərdəşünas söyləyir ki,  karqo şirkəti çoxalıb, bu, yaxşı haldır, bazarda rəqabət yaranır, lakin bugünkü kiber hücumu göstərdi ki, karqo şirkətləri kiber təhlükəsizliyə diqqət yetirməlidirlər: 

“Bu qədər müştəriyə yazılan "sən xiyarsan" mesajı kiber hücumla əlaqələndirildi. Bu isə o deməkdir ki, böyük ehtimalla müştərilərin digər məlumatları da ələ keçirilib. Burada ad, soyad, əlaqə telefonu, email adresi, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, FİN kod və s. kimi bir çox vacib məlumatlar yer alır. Yəni, bu mesaj kimə gəlibsə, daha “whatsapp”ı rahatlıqla geri yükləsin. Məlumatları onsuz da oğurlanıb”, - deyə fikrini yekunlaşdırıb.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO