Sumqayıtda bacısını öldürməyə cəhd edən qadın MƏHKƏMƏ QARŞISINDA

Sumqayıtda bacısını öldürməyə cəhd edən qadın MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Sumqayıtda bacısını öldürməyə cəhd edən qadın MƏHKƏMƏ QARŞISINDA
100982
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıt şəhərində bacısını öldürməyə cəhd etməkdə ittiham olunan Kifayət Nurməmmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırıması üçün hakim Fəhmin Hümbətovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Sumqayıt şəhər sakini, 62 yaşlı Kifayət Nurməmmədova ilə bacısı 48 yaşlı Aygün Nurməmmədova arasında ailədaxili münaqişə yaranıb. Münaqişə sonda qanla nəticələnib. Kifayət  Nurməmmədova bacısını başından bıçaqlayıb.

Aygün Nurməmmədova ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Kifayət  Nurməmmədova saxlanılıb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıq adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO