Qarabağda 300 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb

Qarabağda 300 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb

Hazırda oxunan: Qarabağda 300 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb
100075
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu günədək azad edilmiş ərazilərdə 300 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bunu Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycana qarşı müharibə cinayətləri” adlı hibrid formatında keçirilən seminarda deyib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa görə minalar mülki insanlara qarşı yönəlməməlidir:

"Minaların basdırılması insan həyatına təhlükə kimi qiymətləndirilir. Ermənistan hələ də minaların xəritələrini təqdim etməyib. Müharibədən sonra minalar səbəbindən xeyli insan ölüb və yaralanıb. 300 mindən çox mina, o cümlədən digər partlamamış hərbi sursatlar aşkarlanıb. Ermənilərin təqdim etdiyi xəritələrin dəqiqlik faizi çox aşağıdır: 25-30 faiz".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO