“Oğlumun məktəbinə gedəndə 21 manatlıq paltar geyinmişdim”x9d

“Oğlumun məktəbinə gedəndə 21 manatlıq paltar geyinmişdim”x9d

Hazırda oxunan: “Oğlumun məktəbinə gedəndə 21 manatlıq paltar geyinmişdim”x9d

117490
Əməkdar artist Röya özünü ona oxşadanlara ATV-nin efirində yayımlanan “Bizimləsən”x9d verilişində cavab verib.

Moderator.az atv.az-a istinadən xəbər verir ki, verilişə telefonla qatılan Röya bunları deyib:

“Özünü mənə oxşadanlara heç nə deyə bilmərəm, çünki onlar məni sevən insanlardır. Səhnədə geyimim üçün saatlarla bir paltarın üzərində çalışırlar. Amma oğlumu 1-ci sinifə apararkən, ordakı valideynlərdən yüksək olmamaq üçün 21 manatlıq paltar geyinmişdim. Bahalı geyinmək, kimisə əzib keçmək mənə yaraşmaz. Amma səhnə tamam başqadır.

Türkiyədə efirlərə çıxmağa başlamışam. Etdiyim səhvlərdən nəticələr çıxarmışam. Əvvəlki səhvlərimi daha etməməyə çalışıram. Mən işimə bütün həyatımı həsr etmişəm. İnanıram ki, oğlum hər zaman mənə dəstək olacaq.

Mənə oxşayanlara demək istəyirəm ki, bu çox ağır işdir. İcazə vermərəm ki, mən geyindiyim açıq geyimləri geyinsinlər. İstəmirəm ki, mənim geyimimi təkrar edib, o sözləri onlar da eşitsinlər. Mən bunlara dözdüm. Hərdən deyirlər ki, hörmətsizlik edirsən, böyüklərə cavab qaytarırsan. Düşünürəm ki, birinci böyük hörmət qoymalıdır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO