Azay Quliyev “Qarabağ”x9d QHT Koalisiyasının üzvləri ilə görüşdü

Azay Quliyev “Qarabağ”x9d QHT Koalisiyasının üzvləri ilə görüşdü

Hazırda oxunan: Azay Quliyev “Qarabağ”x9d QHT Koalisiyasının üzvləri ilə görüşdü
91354
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev “Qarabağ”x9d QHT Koalisiyasına daxil olan qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşdü.
 A.Quliyev görüşü açaraq bildirdi ki, Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün həm milli, həm də   beynəlxalq müst1vidə öz fəaliyyətini gücləndirməkdə davam edir. Şura sədri vurğulamışdır ki, cənab Prezident İlham Əliyev QHT-lərə dövlət dəstəyinin əsas istiqamətlərini  müəyyən edən zaman Dağlıq Qarabağ mövzusunu ən prioritet mövzu kimi  təsdiq etmişdir: "Məhz bunun nəticəsidir ki, bu mövzuda QHT-lər  indiyədək Şuranın yardımı ilə ümumi maliyyə dəyəri 2 milyon 100 min manatdan artıq olan 141 layihə  icra ediblər". 

A.Quliyev bildirmişdir ki, Şura beynəlxalq aləmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin möhkəmləndirmək  və Ermənistanın işğalçı mahiyyətini ifşa etmək məqsədilə  xarici ölkə QHT-lərinə qrant müsabiqəsi elan etmiş və onların bu istiqamətdə layihə təkliflərini dəstəkləmişdir.
A.Quliyev şəhid ailələri və müharibə veteranlarının sosial qayğılarının həllinə ictimai dəstəyin daim gücləndirilməsində “Qarabağ”x9d QHT Koalisiyasına daxil olan təşkilatların uğurlu fəaliyyətini vurğulayaraq demişdir ki, indiyə qədər bu yöndə QHT-lərin təklif etdiyi bütün layihələr Şura tərəfindən dəstəklənmiş, heç bir təklif diqqətdən kənarda qalmamışdır. Azərbaycan hökumətinin şəhid ailələrinə, Qarabağ qazilərinə, onların ailələrinə diqqət və qayğısının təzahürü olan bu dəstəyin hər zaman davam edəcəyini söyləyən A.Quliyev "Qarabağ" QHT Koalisiyasının Resurs və İnformasiya Mərkəzinin yaradılması təklifinə Şurada baxılacağını bildirdi.

Müzakirələrdə çıxış edən "Qarabağ" QHT Koalisiyasının  sədri Vüqar Qədirov, QHT-rəhbərləri Əkbər Qoşalı, Emin Həsənli, Faiq İsmayılov, Mətanət Cəfərova, Nazim Əhmədli, Radə Abbas, Venera Əsgərova, Anar Xəlilov, Almaz Zeynallı, Rey Kərimoğlu, Təhmasib Novruzov, İradə Polad, Əkrəm Bəydəmirli, Ədalət Məhərrəmov, Şahin Qədirov, Etimad Əsədov, Naibə Behbudova, Füzuli Rzaquliyev və başqaları layihələrin icrası və nəticələri ilə bağlı öz fikir və təkliflərini irəli sürdülər.  

Görüşdə “Qarabağ”x9d QHT Koalisiyasının rəhbəri Vüqar Qədirov qurumun fəxri fərmanını Azay Quliyevə təqdim edərək Şura sədrinə əməkdaşlıq və dəstək üçün təşəkkürünü bildirdi.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO