Ombudsmandan beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

Ombudsmandan beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

Hazırda oxunan: Ombudsmandan beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ
89878
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Ombudsmanı ermənilərin mina terroru ilə beynəlxalq ictimaiyyətə çağırış edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Ombudsmanının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində mina qurbanlarının sayı artmaqda davam edir:

“Uzun illər ərzində Ermənistan tərəfindən işğal altında qalmış torpaqlarımızın minalanması nəticəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanov avqustun 20-də, Heydər Gülmalıyev isə avqustun 21-də Laçın rayonu ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Təəssüf ki, Ermənistan tərəfindən işğal dövründə basdırılmış tank və piyada əleyhinə minaların dəqiq xəritələrinin verilməməsi bu cür ağır nəticələrə gətirib çıxarır.
Azərbaycanın sülh quruculuğu üçün zəruri olan addımları atmağa hazır olduğunu dəfələrlə nümayiş etdirdiyi postmüharibə dövründə Ermənistan tərəfinin insanların həyatı üçün birbaşa təhlükə yaradan bu laqeyd münasibətini qınayır, cinayətlərin törədilməsində məsul şəxslərin məsuliyyətə cəlb olunması, eyni zamanda Azərbaycan tərəfinə kompensasiya ödənilməsi ilə əlaqədar tədbirlər görməyə və bir daha beynəlxalq ictimaiyyəti bu mövzu ilə əlaqədar qəti çağırışlar etməyə səsləyirik”, - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO