Prezident İlham Əliyev “Status-kvo artıq yoxdur”.

Prezident İlham Əliyev “Status-kvo artıq yoxdur”.

Hazırda oxunan: Prezident İlham Əliyev “Status-kvo artıq yoxdur”.
820
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Status-kvo artıq yoxdur. Mən bu haqda artıq sözlərimi dedim və bu, reallıqdır”.

Bizim.media-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, status-kvo torpaqların işğal altında saxlanılması idi: “Baxmayaraq ki, Minsk Qrupunun həmsədrləri bu mövzu ilə bağlı hələ 10 il əvvəl müsbət açıqlamaları olmuşdu ki, status-kvo qəbuledilməzdir, ancaq praktik addım atılmamışdı. Biz 30 il status-kvonun dəyişdirilməsini gözlədik ki, müzakirə mərhələsində buna biz nail ola bilərik, amma olmadı. Ona görə biz bunu döyüş meydanında məhv etdik. Bu artıq yoxdur. Artıq Cəbrayıl şəhəri bizdədir. Cəbrayıl rayonun kəndlərinin böyük hissəsi, Füzuli rayonunun kəndlərinin mütləq əksəriyyəti bizdədir. İndi Füzuli şəhərini də biz görürük. Hadrut bizdə, Madagiz bizdə”.

Prezident yaxın zamanda Füzuli şəhəri ilə bağlı şad xəbər ola biləcəyi ilə bağlı suala da münasibət bildirib: “Müjdəli xəbər inşallah gələcək. Hansı status-kvo-dan söhbət gedə bilər? Status-kvo da yoxdur, təmas xətti də yoxdur. Onu da biz yardıq. Yəni, 30 il ərzində barışıq yolları ilə, müzakirə müddəti çərçivəsində edə bilmədiyimizi bu günlər ərzində biz etdik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO