Brüssel görüşündə Ermənistanın “ATƏT-in Minsk Qrupu” FİASKOSU: Azərbaycan hansı uğura imza atdı? 

Hazırda oxunan: Brüssel görüşündə Ermənistanın “ATƏT-in Minsk Qrupu” FİASKOSU: Azərbaycan hansı uğura imza atdı? 

75708

Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

5 saatdan çox davam edən görüşdə Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün bir sıra vacib məqamlar müzakirə edilib, yeni müddəalar irəli sürülüb. Bunlar hansılardır?
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Paşinyan bu məsələlərdə razılığa gəldilər – Mişeldən mətbuata AÇIQLAMA - VİDEO


1. Brüssel görüşündə ən yadda qalan hadisə Azərbaycan Prezidentinin Birinci Qarabağ müharibəsi illərində itkin düşmüş soydaşlarımızın acı taleyinə Ermənistan hakimiyyəti tərəfindən aydınlıq gətirilməsi məsələsi oldu. Bəllidir ki, 90-cı illərdə 4 mindən artıq soydaşımız itkin düşüb. Və onlar barədə heç bir konkret məlumat yoxdur.

Liderlərin son görüşündə bu məsələnin prioritet olması Azərbaycan diplomatiyasının növbəti uğurudur.

2. Yaxın  günlərdə dövlətlərarası sərhəddə delimitasiya komissiyasının birgə fəaliyyyətə başlaması qərara alınb. Xatırladaq ki, bu məsələ ötən ilin mayından etibarən Ermənistan tərəfinin müxtəlif bəhanələri ilə dayandırılıb.

3. Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycan ərazisindən keçməklə tranzitin əsasını təşkil edən prinsiplər barədə razılığa gəlinib. Bu məsələdə də son il yarımda rəsmi İrəvan qeyri-müəyyən kurs tutub. Ümid etmək olar ki, bu görüşdən sonra Paşinyan iqtidarı hərəkətə keçəcək.

4. Xarici işlər nazirləri iki ölkə arasında sülh müqaviləsinin təfərrüatlarını müzakirə etmək üçün tezliklə görüşməsi şərt kimi irəli sürülüb.

5. Ərazilərin minalardan təmizlənməsində Ermənistanın təşəbbüslərinin artırılması tələb olunub. 

6. Hər iki ölkənin sosial-iqtisadi inkişafına töhfə verəcək İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirilməsidir.

7. Görüşdə ATƏT-in Minsq qrupunun sülh prosesinə cəlb edilməsi məsələsi müzakirə olunmayıb. Bu da Azərbaycan diplomatiyasının uğuru sayılmalıdır. Çünki, rəsmi İrəvan hər vəhclə sülh prosesinə Minsk qrupunu cəlb etmək istəyirdi.

Sonda onu da xatırladaq ki, bu formatda növbəti görüşün iyul-avqust aylarından gec olmayaraq keçirilməsi qərara alınıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO