Azərbaycan İsrail şirkətlərini əməkdaşlığa çağırdı: “İşğaldan azad edilmiş ərazilərdə...”

Azərbaycan İsrail şirkətlərini əməkdaşlığa çağırdı: “İşğaldan azad edilmiş ərazilərdə...”

Hazırda oxunan: Azərbaycan İsrail şirkətlərini əməkdaşlığa çağırdı: “İşğaldan azad edilmiş ərazilərdə...”
75010
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan İsrail şirkətlərinə işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərməklə bağlı çağırış edib.

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Əkbər Abassov bildirib.

"Həmin ərazilərdə "Ağıllı şəhər"lər, "Ağıllı kənd"lər salınır. İsrail şirkətlərini Azərbaycanla bu istiqamətdə ən yaxşı təcrübələrini bölüşməyə, əməkdaşlığa çağırıram", - deyə o, qeyd edib.

"Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir, hədəf dayanıqlı kənd təsərrüfatı sisteminin əldə edilməsidir. Ümumiyyətlə, ölkəmizdə biznes mühiti çox əlverişlidir və daha da yaxşılaşdırılması istiqamətində işlər aparılır.
Azərbaycan kənd təsərrüfatının inkişafı üçün mexanizmləri dəstəkləyən aparıcı ölkələrdəndir. Xarici şirkətlər Azərbaycandakı bərabər ticarət və üstünlüklərdən yararlana bilərlər. Qarşıdakı illər üçün əsas məqsəd işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulmasıdır", - deyə nazirlik rəsmisi əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO