İran uran zənginləşdirməsini 20%-ə yüksəldir

Hazırda oxunan: İran uran zənginləşdirməsini 20%-ə yüksəldir

7326

Birləşmiş Millətlər Təşkilatının nüvə müşahidəçiləri İranın əlindəki uran ehtiyyatını 20%-ə qədər zənginləşdirməyi planlaşdırdığını bildirib. Bu indiyə qədər nüvə razılaşmasının ən ciddi şəkildə pozulması hesab olunur.

Bu faiz nüvə silahı hazırlamaq üçün yetərli olan 90%-lik nəticədən aşağıdır. İran 90% və daha yuxarı zənginləşdirilmə dərəcəsində nüvə silahı hazırlamaq üçün yetərli saf uran əldə etmiş olacaq. Lakin İranla 2015-ci ildə imzalanmış nüvə müqaviləsinə əsasən İranın 4% həcmində uranın zənginləşdirilməsini həyata keçirə bilərdi.

İran ABŞ-ın nüvə sazişindən bir tərəfli olaraq çıxmasından sonra bu istiqamətdə fəaliyyətini daha da artırıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın dağın içərisində inşa etdiyi Fordov Yanacaq Zənginləşdirmə Zavodunda uranın 20%-ə qədər zənginləşdirmə planları barədə məlumat aldığını qeyd edir. Lakin bu zənginləşdirilməni nə vaxt həyata keçiriləcəyi haqqında dəqiq bir məlumat yoxdur.
 


MÖVZU İLƏ BAĞLI:

İran uranla bağlı həddini aşdı
 


Öz növbəsində, İran rəsmiləri ABŞ-ın yenidən müqaviləyə qayıdacağı təqdirdə razılaşmaya bir daha əməl etməkdə maraqlı olduqlarını və uranın zənginləşdirilməsini əvvəlki normaya qədər azldıla biləcəyini bildiriblər.

Analitiklərin fikrincə, İranın nüvə fəaliyyətlərini bu dərəcədə yüksəltməsi və nüvaə sazişinə sadiq qalmaqla bağlı açıqlamaları Qərb ölkələrinə təhdid xarakteri daşıyır. İran uranın saflaşdırma fazini yüksəltməklə nüvə silahı əldə etmək istiqamətindəki fəaliyyətinə işarə vurur. Bununla da 2015-ci ildəki İran üçün sərfəli nüvə sazişinin yenidən bərpa olunmasına çalışır. Çünki İran tətbiq olunan sanksiyalar ölkə iqtisadiayyatını iflic vəziyyətinə gətirib. Bu böhrandan xilas olmaq və Avropa ölkələri ilə iqtisadi əlaqələri bərpa etmək üçün İran nüvə amilindən istifadə etməyə çalışır.

ABŞ isə İranın iqtisadi olaraq güclənməsini istəmir. Çünki iqtisadi olaraq güclənən İran nüvə potensialını 4% həcmində saxlasa da regiondakı münaqişə zonalarında daha fəal şəkildə müdaxilə etməyə başlayır.

Hazırda bölgədə bütün gözlər Co Baydenin 20 yanvardan etibarən səlahiyyət müddətinin başlanmasına çevrilib. Yeni ABŞ prezidentinin İranın nüvə proqramı ilə bağlı hansı yolu izləyəvəyi maraqla gözlənilir. Bir il əvvəl Nyu York Tayms-a verdiyi açıqlamada Bayden ən son istəyəcəkləri şeyin bölgədə nüvə silahına malik tərəflərinin artması olduğunu qeyd etmişdi.

Digər tərfədən İran rəsmiləri də Co Baydenin Trampdan fərqli olaraq ABŞ-ı yenidən nüvə razılaşmasına qaytaracağını düşünür.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO