Saqqalı ilə Rekordlar Kitabına düşmüşdü – 20 ildən sonra imicini dəyişir

Saqqalı ilə Rekordlar Kitabına düşmüşdü – 20 ildən sonra imicini dəyişir

Hazırda oxunan: Saqqalı ilə Rekordlar Kitabına düşmüşdü – 20 ildən sonra imicini dəyişir
649548
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ən gənc saqqalı qadın kimi Ginnesin Rekordlar Kitabına düşən 35 yaşlı britaniyalı Harnaam Kaur 20 ildən sonra saqqalını qırxmaq qərarına gəlib.

Bizim.Media "People" jurnalına istinadən xəbər verir ki, Kaur bu qərarı emosional, lakin eyni zamanda həyatının yeni mərhələsinə doğru həyəcanverici bir addım adlandırıb.

O, özünü saqqalsız görməyin maraqlı olduğunu etiraf edib, lakin dəyişikliklərə tələsmək niyyətində olmadığını bildirib. Britaniyalı qadın yeni görünüşünü yalnız özü buna tam hazır olduqda nümayiş etdirəcəyini vurğulayıb.

Kaurun sözlərinə görə, bu qərar ətrafdakıların gözləntilərindən deyil, ilk növbədə onun öz şəxsi istəyindən irəli gəlir. O qeyd edib ki, necə görünməsindən asılı olmayaraq, tənqidçilər hər zaman qınamaq üçün bir bəhanə tapacaqlar.

Xatırladaq ki, Harnaam Kaurda saqqal yeniyetməlik dövründə polikistoz yumurtalıq sindromu səbəbindən çıxmağa başlayıb. 2015-ci ildə, Kaurun 24 yaş 282 günlük olduğu vaxt onun rekordu rəsmi olaraq təsdiqlənib və o, tam saqqala sahib olan ən gənc qadın adına layiq görülüb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO