Prezidentlə baş nazir voleybol oynayıb buzları əritdilər - Video

Prezidentlə baş nazir voleybol oynayıb buzları əritdilər - Video

Hazırda oxunan: Prezidentlə baş nazir voleybol oynayıb buzları əritdilər - Video
649542
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski və Macarıstanın Baş naziri Peter Madyar Ukraynanın Zakarpatya vilayətinin Berehove şəhərinə səfərləri zamanı yerli lisey şagirdləri ilə birlikdə voleybol oynayıblar.

Bizim.Media xəbər verir ki, Peter Madyar oyunun görüntülərini öz sosial şəbəkə hesabında paylaşıb.

Birgə mətbuat konfransında Zelenski görüşün yoldaşlıq oyunu formatında keçdiyini bildirsə də, Madyar Ukrayna prezidentinin kifayət qədər rəqabətsevər olduğunu qeyd edib. 

Qeyd edək ki, bu görüş Viktor Orban hakimiyyətindən sonra Kiyev və Budapeşt arasındakı münasibətlərdə yeni səhifənin açılması kimi qiymətləndirilir. Mətbuat konfransında Zelenski zarafatla Macarıstan tərəfindən dəvət olunacağı təqdirdə "revanş oyunu" üçün Budapeştə səfər edə biləcəyini deyib, Madyar isə öz növbəsində onu rəsmi şəkildə Macarıstana dəvət edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO