Zelenskidən yeni sülh danışıqları anonsu: Tərəflər Berlində toplaşacaq

Zelenskidən yeni sülh danışıqları anonsu: Tərəflər Berlində toplaşacaq

Hazırda oxunan: Zelenskidən yeni sülh danışıqları anonsu: Tərəflər Berlində toplaşacaq
648075
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Avropa nümayəndələri ilə keçirilən danışıqların nəticələrinə əsasən Berlində növbəti görüşün təşkil olunacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Zelenski axşam videomüraciətində Ukrayna, ABŞ və Avropa nümayəndə heyətləri arasında danışıqlar qrupları səviyyəsində növbəti müzakirə raundunun keçirildiyini bildirib.

Danışıqlara ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner də onlayn formatda qoşulublar.
 

Zelenskinin sözlərinə görə, bu dəfə müzakirələrdə Avropa tərəfini Rusiya ilə gələcək danışıqlarda iştirak edəcək ölkə və təşkilatların nümayəndələri təmsil edib. Onların arasında Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, Avropa Komissiyası, Avropa Şurası və NATO-nun nümayəndələri olub.


Ukrayna lideri danışıqların asan keçmədiyini, lakin müəyyən nəticələrin əldə olunduğunu vurğulayıb.

Növbəti görüşün “Könüllülər koalisiyası” çərçivəsində Berlində keçirilməsi planlaşdırılır. Tərəflər həmin görüşdə danışıqlar prosesində birgə atılacaq konkret addımları razılaşdırmaq niyyətindədirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO