Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşdü – FOTO

Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşdü – FOTO

Hazırda oxunan: Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşdü – FOTO
636886
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində bu ölkənin dövlət naziri Səid bin Mübarək Əl-Hacəri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Birləşmiş Ərəb Əmirliklərinə səfərim zamanı dövlət naziri Zati-aliləri Səid bin Mübarək Əl-Hacəri ilə görüşdüm.

Biz strateji tərəfdaşlıq çərçivəsində Azərbaycanla BƏƏ arasında dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətləri nəzərdən keçirdik və regional, həmçinin beynəlxalq məsələlər ətrafında səmərəli fikir mübadiləsi apardıq.

Regional miqyasda “orta güc” (middle power) statusuna malik dövlətlər kimi, Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə müsbət və konstruktiv rol oynayaraq sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verirlər”, - paylaşımda qeyd edilib.

Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşdü – FOTO - foto 1
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşdü – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO