Hakan Fidan bu tarixdə Azərbaycana səfər edəcək

Hakan Fidan bu tarixdə Azərbaycana səfər edəcək

Hazırda oxunan: Hakan Fidan bu tarixdə Azərbaycana səfər edəcək

636551

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-16-da Azərbaycana səfər edəcək.

Bizim.Media xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrindən əldə edilən məlumata görə, Fidan səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli və nümayəndə heyətləri arasında görüşlər keçirəcək.

O, həmçinin Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşəcək.

Hakan Fidanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi də gözlənilir.
 

Görüşlərdə Fidanın strateji səviyyədə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərində əldə olunan irəliləyişdən məmnunluğunu ifadə edəcəyi, iki ölkə prezidentlərinin müəyyən etdiyi 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün görülən işlərin intensivləşdirilməsinin vacibliyini vurğulayacağı gözlənilir.


Tərəflər enerji və nəqliyyat sahələrindəki birgə gündəliyi və layihələri də müzakirə edəcəklər.

Fidanın görüşlər zamanı iki müttəfiq ölkə arasında müdafiə sənayesi, təhlükəsizlik və hərbi sahələrdə davam edən əməkdaşlıqla bağlı məsələləri qiymətləndirəcəyi, həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) başda olmaqla, çoxtərəfli platformalarda iki ölkə arasında mövcud əməkdaşlığı nəzərdən keçirəcəyi bildirilir.

Görüşlərdə Türkiyənin yaxın zamanda ev sahibliyi edəcəyi TDT-nin 13-cü Zirvə görüşü və COP31 ilə bağlı məsləhətləşmələrin aparılması da gözlənilir.

Hakan Fidanın Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün tarixi fürsətin yarandığını bildirəcəyi, Türkiyənin tərəflər arasında mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini və əldə olunan müsbət irəliləyişləri məmnuniyyətlə qarşıladığını vurğulayacağı gözlənilir. 

Nazir Hakan Fidanın danışıqlarda cari regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparması nəzərdə tutulur. O, Türkiyənin Qarabağda infrastrukturun yaxşılaşdırılmasını, enerji və ticarət xətlərinin işlək hala gətirilməsini və nəqliyyat əlaqələrinin gücləndirilməsini dəstəklədiyini bir daha ifadə edəcək. (Mənbə: Anadolu agentliyi)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO