Vaşinqton Bəyannaməsi: İlham Əliyevin liderliyi ilə Cənubi Qafqazda yeni siyasi mərhələ - FOTO

Vaşinqton Bəyannaməsi: İlham Əliyevin liderliyi ilə Cənubi Qafqazda yeni siyasi mərhələ - FOTO

Hazırda oxunan: Vaşinqton Bəyannaməsi: İlham Əliyevin liderliyi ilə Cənubi Qafqazda yeni siyasi mərhələ - FOTO

630011

8 avqust 2025-ci il Cənubi Qafqazın siyasi tarixində bütün dünya üçün mühüm dönüş nöqtələrindən biri kimi qəbul olundu. Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş və həmin görüşün yekununda imzalanmış Birgə Bəyannamə Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələyə keçidini rəsmiləşdirdi. Eyni zamanda, sülh sazişinin mətninin ilkin paraflanması və regionda kommunikasiya xəttlərinin açılması ilə bağlı razılaşmalar gələcək əməkdaşlığın təməlini qoydu.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
 

O qeyd edib ki, ümumiyyətlə Azərbaycan dünyada təhlükəsizliyin təmin olunması istiqamətində nəinki hər zaman maraq göstərib, eyni zamanda üzrinə düşən öhdəlikləri layiqincə yerinı yetirib.


“Ölkəmiz, xüsusilə, 30 ilə yaxın müddətdə nəticəsiz danışıqlardan sonra 2020-ci ildə BMT-nin nümunəvi üzv dövləti olaraq BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş məlum dörd qətnamənin icrasını təkbaşına təmin etdi və Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə, daha sonra 2023-cü ildə suverenliyimizin tam təmin olunması ilə həm regionda, həm də dünya siyasi arxitekturasında tamamilə yeni bir ab-hava yaratmağa nail oldu.

Qeyd edim ki, 2020-ci ilin 10 noyabr tarixində Ermənistanın Rusiya Federasiyasına rəsmi müraciət etməsindən sonra Rusiyanın bilavasitə iştirakı və hər üç dövlət başçılarının razılaşması ilə müharibə dayandırıldı, Azərbaycan-Ermənistan arasında özündə 9 bəndi əks etdirən ilk Bəyannamə qəbul olundu, beləliklə Ermənistan kapitulyasiya aktına imza atdı.

O vaxtdan etibarən Azərbaycan sülhün əldə olunmasının, habelə regionda yeni quruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə dəfələrlə mövqe kimi nümayiş etdirib.
 

Bu prosesdə vasitəçi kimi çıxış edən Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Rusiya da Azərbaycanın Cənubi Qafqazda siyasi və iqtisadi sabitliyi təmin etmə səylərini, beləliklə dünya siyasi arxitekturasının tamamlanması işinə dəstəyini yüksək qiymətləndiriblər.


Həyata keçirilən çoxvektorlu, ardıcıl xarici siyasətin nəticəsi olaraq nəhayət 08 avqust 2025-ci il tarixində Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüşün nəticəsinə dair yeddi bənddən ibarət Birgə Bəyannamə imzalandı.

Bu gün həmin tarixi hadisədən bir il sonra, artıq Vaşinqtonda əldə olunmuş real nəticələrə çevrildiyini müşahidə etməkdəyik.

Vaşinqton Bəyannaməsinin imzalanmasının birinci ildönümündə Ermənistanın Baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevə zəng etməsi isə təsadüfi deyil. Belə ki, keçən bir ildə iqtisadi-ticari əlaqələrin inkişafı, tranzit imkanlarının genişlənməsi və nəqliyyat-kommunikasiya xəttlərinin bərpasıəldə ediləcək davamlı sülhün regionun iqtisadi inkişafına gətirəcəyi faydaların konkret göstəriciləridir.

Telefon danışığı zamanı Liderlər bir il ərzində əldə edilmiş irəliləyişi qeyd etməklə yanaşı, ABŞ Prezidenti Donald Trampın və ABŞ administrasiyasının sülh prosesindəki rolunu xüsusi vurğulayıblar.
 

Eyni zamanda, iqtisadi əməkdaşlıq, o cümlədən Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yükdaşımalar və TRIPP marşrutunun icrası kimi konkret məsələlər müzakirə olunub.


Beləliklə, bütün dünyada sülhün və əmin-amanlığın carçısı olan Azərbaycan bir il əvvəl olduğu kimi, bu gün də Cənubi Qafqazda davamlı sülhün əldə olunması, xalqların rifahının daha da yaxşılaşdırılması istiqamətində bütün səylərini səfərbər edir, eləcə də regionda nəqliyyat, enerji, ticarət, investisiya imkanlarının genişlənməsində öz töhfələrini əsirgəmir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO