Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

Hazırda oxunan: Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi - FOTO

628677

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairin Bumerdes əyalətində çoxsaylı insan tələfatına səbəb olan sərnişin avtobusu qəzası ilə əlaqədar başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Dost Əlcəzairin Bumerdes vilayətində çoxsaylı insan tələfatına səbəb olan faciəvi sərnişin avtobusu qəzası ilə əlaqədar Əlcəzair hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Həlak olanların ailələrinə və yaxınlarına səmimi hüznlə başsağlığı verir, bütün yaralıların tezliklə və tam sağalmasını arzulayırıq. Azərbaycan bu çətin zamanda Əlcəzairlə həmrəydir", - paylaşımda bildirilib.
 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO