
- A-
- A
- A+
Dünya
08:46 / 19.11.2026
1 dəq oxunma
Sərnişin təyyarəsi quşla toqquşdu: Təcili eniş etdi
Hazırda oxunan: Sərnişin təyyarəsi quşla toqquşdu: Təcili eniş etdi
648499
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“EasyJet” sərnişin təyyarəsi quşla toqquşduqdan sonra Avropada təcili eniş edib.
Bizim.Media “BBC News”-a istinadla xəbər verir ki, təyyarə noyabrın 18-də yerli vaxtla təxminən saat 09:24-də İngiltərənin Bristol hava limanından Şotlandiyanın Edinburq şəhərinə yola düşüb, lakin saat 10:00-dan qısa müddət sonra hava limanına qayıdıb.
Aviaşirkətin sözçüsü hadisə nəticəsində heç kimin xəsarət almadığını və təyyarənin Bristolda təhlükəsiz şəkildə eniş etdiyini bildirib. Əlavə edilib ki, standart prosedurlara uyğun olaraq təcili yardım xidmətləri təyyarəni ehtiyat tədbiri olaraq qarşılayıb. Sərnişinlərin Edinburqa uçuşlarını davam etdirməsi üçün ehtiyat təyyarə hazırlanıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən
































































































