DÇ-2030-da məcburi su fasilələri olacaq?

DÇ-2030-da məcburi su fasilələri olacaq?

Hazırda oxunan: DÇ-2030-da məcburi su fasilələri olacaq?
648490
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2030-cu ildə keçiriləcək dünya çempionatında oyunlar zamanı məcburi  su fasilələrinin tətbiqi gündəmdədir.

Bizim.Media “The Guardian” nəşrinə istinadən xəbər verir ki, FİFA-nın DÇ-2030-un televiziya yayım hüquqlarının satışı ilə bağlı sənədlərində üç dəqiqəlik su fasilələri nəzərdə tutulub.

Yayımçılara bu fasilələr zamanı reklam yayımlamaq imkanı da təklif olunur.

Qeyd edək ki, belə fasilələr ilk dəfə 2026-cı il dünya çempionatında bütün oyunlarda tətbiq edilib. Bu addım sponsor gəlirlərinin artırılmasına da xidmət edib.
 

Bununla belə, FİFA 2030-cu il mundialında su fasilələrinin tətbiqi ilə bağlı yekun qərarın hələ verilmədiyini açıqlayıb.


Xatırladaq ki, DÇ-2030 əsasən Mərakeş, İspaniya və Portuqaliyada keçiriləcək. Turnirin açılış mərhələsində isə üç oyun Cənubi Amerikada olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO