Səfirlik: “ABŞ-la Azərbaycan arasında güclü tərəfdaşlığı yüksək qiymətləndiririk”

Səfirlik: “ABŞ-la Azərbaycan arasında güclü tərəfdaşlığı yüksək qiymətləndiririk”

Hazırda oxunan: Səfirlik: “ABŞ-la Azərbaycan arasında güclü tərəfdaşlığı yüksək qiymətləndiririk”

615692

Azərbaycan dini tolerantlıq və multikulturalizm sahəsində zəngin ənənələrə malikdir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Qurban bayramı münasibətilə təbrik mesajında deyilir.

“ABŞ-ın Bakıdakı Səfirliyi adından Azərbaycanda və dünyanın müxtəlif yerlərində Qurban bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirik.
 

Bu müqəddəs bayram mərhəmət, səxavət və birlik kimi dəyərləri təcəssüm etdirməklə yanaşı, Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsində zəngin ənənələrini də nümayiş etdirir.


ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı və xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndiririk. Qurban Bayramınız mübarək!”, - səfirliyin təbrikində qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO