Kim Kardaşyanın 13 yaşlı qızı görünüşünə görə gündəm oldu - Foto

Kim Kardaşyanın 13 yaşlı qızı görünüşünə görə gündəm oldu - Foto

Hazırda oxunan: Kim Kardaşyanın 13 yaşlı qızı görünüşünə görə gündəm oldu - Foto
649669
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyaca məşhur teleulduz Kim Kardaşyan və reper Kanye Uestin 13 yaşlı qızı Nort Vest qeyri-adi görünüşü ilə diqqət çəkib. Onun son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub, valideynləri isə tənqidlərin hədəfinə çevrilib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, musiqi karyerasına başlayan Nort Los-Ancelesdə səsyazma studiyasından çıxarkən görüntülənib. Onun tünd göz makiyajı, rəngli saçları, ağardılmış qaşları və qotik geyim tərzi diqqət çəkib.

13 yaşlı yeniyetmənin görünüşü sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir sıra istifadəçilər bu tərzin onun yaşına uyğun olmadığını bildirərək Kim Kardaşyan və Kanye Uesti tənqid ediblər.

Qeyd edək ki, Nort ötən ay anası ilə birlikdə TikTok-da keçirdiyi canlı yayımda görünüşünə yönələn iradlara cavab verib.

“Şeytani deyiləm, dostlar. Mənə şeytani deməyi dayandırın. Sadəcə belə geyinməyi sevdiyim üçün məni mühakimə etməyin. Kitabı üz qabığına görə qiymətləndirməyin”, – deyə o bildirib.

Nort ona ünvanlanan tənqidlərin qara diş aksesuarları və pirsinqləri ilə bağlı olduğunu düşündüyünü də əlavə edib.

Kim Kardaşyanın 13 yaşlı qızı görünüşünə görə gündəm oldu - Foto - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO