Səudiyyə müsəlmanlarının erməni sevgisi

Səudiyyə müsəlmanlarının erməni sevgisi

Hazırda oxunan: Səudiyyə müsəlmanlarının erməni sevgisi

5748

Səudiyyə Ərəbistanı ilə Ermənistan arasında rəsmi diplomatik əlaqələr olmasa da, son illərdə Ər-Riyad və İrəvan arasında nəzərəçarpacaq dərəcədə canlanma müşahidə olunur. Bunun səbəbi isə hər iki ölkənin soyuq münasibətdə olduqları Türkiyədir.

Xatırladaq ki, Ermənistanla Türkiyə arasındakı münasibətlər Azərbaycan ərazilərinin işğalı və 1915-ci il uydurma soyqırımı səbəbiylə Ankaraya qarşı iddialar səbəbindən pozulub.

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı gərginlik isə Qətər ərəblərarası böhranın başladığı 2017-ci ilin iyun ayından başlayır. Bu böhranda Türkiyənin Qətərin tərəfini tutması Səudiyyə Ərəbistanı ilə düşmənçiliyinə səbəb olub. 

Səudiyyəli jurnalist Camal Kasıkçı 2018-ci ilin oktyabrında İstanbulda Səudiyyə Ərəbistanı konsulluğu ərazisində öldürüldükdən sonra Ər-Riyad və Ankara arasında münasibətlər son dərəcə gərginləşdi. Ərdoğanın Kaşıkçı qatillərinin beynəlxalq mühakimə olunmasına və Əl-Səid ailəsinin yüksək səviyyəli nümayəndələrinin cinayətində iştirak etdiyinə dair göstərişlərinə reaksiyası isə krallığın Türk mallarını tam boykot etməyə çağırışı oldu.

Daha sonra Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanı dəstəkləməsi Səudiyyə Ərəbistanın Türkiyəni tənqid etməyə daha bir səbəb verdi. Azərbaycanı dəstəklədiyini üzdə göstərən Ərəbistan bu müharibədə guya Türkiyənin Azərbaycana suriyalı muzdlularını göndərdiyini iddia etdi. Bu məlumatlar Səudiyyə Ərəbistanına məxsus Al-Arabiya və Al-Hadas televiziya kanalları vasitəsilə yayılırdı. 

Əlavə olaraq, Əl-Arabiya telekanalı beynəlxalq ictimaiyyəti Türkiyəyə təzyiq göstərməyə çağıran Ermənistan prezidenti Armen Sarkisyanla Ankaranın Qarabağ münaqişəsinə qarışmaması üçün mövzusunda müsahibəsini də yayımladılar. 

Hazırda Səudiyyə Ərəbistanı Ermənistan ilə isti əlaqələr qurmağa başlamaq fikrindədir.

“kfcris.com” saytında verilən hesabat xarakterli yazı bunun bariz nümunəsidir. Yazıda müəllif Ermənistanla Səudiyyə Ərəbistanın ortaq düşmənlərinin Türkiyə olduğu, iki ölkənin Osmanlı imperiyasından böyük zərər görməsi haqqında açıq şəkildə yazılıb. Yazıda həmçinin qarşıda gələn illərdə iki dövlət arasında iqtisadi və diplomatik əlaqələrin yaxşılaşdırılması haqqında da qeyd olunub.

Buna misal olaraq, Məhəmməd bin Salmanın Ermənistan prezidenti Armen Sarkisyana təbrik məktubları göstərilir. Bundan başqa hesabatda  iki dövlət arasında qoyulan sərmayələr, Ərəbistanın Ermənistana iqtisadi tərəfdən etdiyi yatırımlarda göstərilir.
Digər erməni mənbələrində isə Qarabağ müharibəsi zamanı Səudiyyə Ərəbistanının gizli şəkildə Ermənistanı dəstələdiyi haqqında da yazılar dərc olunub.

Məqalədə qeyd olunur:

“Səudiyyə Ərəbistanı 2019-cu ildə ABŞ Konqresində Erməni Soyqırımının tanınmasına dair son qərara vasitəçilik etməyi qəbul edib. Səudiyyə şahzadəsi Rima bint Bəndər əl-Səud  açıqlamasında Türkiyəni soyqırımı tanımağı rədd edən ikiüzlülüyünə görə qınayıb. Səudiyyə Ərəbistanının Livandakı səfiri, iki ölkə arasında həmrəyliyini nümayiş etdirmək üçün Erməni Soyqırımı Memorialını da ziyarət edib.

2020-ci ildə Dağlıq Qarabağda silahlı qarşıdurma baş verəndə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə, gizli şəkildə Azərbaycana qarşı mübarizədə Ermənistanı dəstəkləyirdi”.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO