
- A-
- A
- A+
Yunis Hüseynovun cəzası bilindi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə PFL-in saytında məlumat verilib.
Bildirilib ki, iclasda Misli Premyer Liqasının 13-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
“Şamaxı”– “Turan Tovuz” oyununun ilk hissəsi bitdikdən sonra “Şamaxı”nın məşqçisi Araz Bağırov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmyacaq. "Şamaxı” isə 8000 manat cərimələnib.
Həmin matçın ilk hissəsi bitdikdən sonra “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmyacaq. “Turan Tovuz” isə 8000 manat cərimə edilib.
Eyni görüşün 75-ci dəqiqəsində “Turan Tovuz”un 7 nömrəli futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 3 oyun oyunluq cəzalandırılıb. “Turan Tovuz” isə 3000 manat cərimələnib. Sınaq müddəti 6 ay təyin edilib.
“Sumqayıt”– “Sabah” oyununun 33-cü dəqiqəsində “Sumqayıt”ın 55 nömrəli futbolçusu Lukas Blek ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq. Onun klubu isə 500 manat cərimə edilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































