Litvalı nazir “Sabah”ın baş məşqçisinə “Diplomatiya ulduzu” mükafatını təqdim etdi - Foto

Litvalı nazir “Sabah”ın baş məşqçisinə “Diplomatiya ulduzu” mükafatını təqdim etdi - Foto

Hazırda oxunan: Litvalı nazir “Sabah”ın baş məşqçisinə “Diplomatiya ulduzu” mükafatını təqdim etdi - Foto
649790
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda səfərdə olan Litva xarici işlər naziri Kestutis Budris “Sabah” futbol klubunun litvalı baş məşqçisi Valdas Dambrauskasa ölkəsinin “Diplomatiya ulduzu” mükafatını təqdim edib.

Bizim.Media xəbər verir ki, Litva XİN rəhbəri bu barədə “X” hesabında yazıb:

“Bəzən diplomatiya qapalı qapılar arxasında keçirilən görüşlər və ya müqavilələrlə məhdudlaşmır, əksinə, daha maraqlı bir vasitəyə – futbola çevrilir. “Sabah” FK-nın baş məşqçisi və Çempionlar Liqasında komandaya rəhbərlik edən ilk litvalı məşqçi Valdas Dambrauskasa “Litva Diplomatiyasının Ulduzu” mükafatını təqdim etməkdən qürur duyuram. Fədakarlığınıza, gərgin əməyinizə və Litvanı dünya futbol ictimaiyyəti arasında tanıtdığınıza görə təşəkkür edirəm”.

Qeyd edək ki, ötən gün Litva XİN rəhbəri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Sabah” – “Barselona” matçını Bakı Olimpiya Stadionunda izləyib.

"Sabah" "Barselona"ya 1:4 hesabı ilə məğlub olub.

Litvalı nazir “Sabah”ın baş məşqçisinə “Diplomatiya ulduzu” mükafatını təqdim etdi - Foto - foto 1
Litvalı nazir “Sabah”ın baş məşqçisinə “Diplomatiya ulduzu” mükafatını təqdim etdi - Foto - foto 2
Litvalı nazir “Sabah”ın baş məşqçisinə “Diplomatiya ulduzu” mükafatını təqdim etdi - Foto - foto 3
Litvalı nazir “Sabah”ın baş məşqçisinə “Diplomatiya ulduzu” mükafatını təqdim etdi - Foto - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO