
- A-
- A
- A+
Tramp 14 ölkəyə qarşı yeni rüsumlar tətbiq etməyə hazırlaşır
Vaşinqton Çin və Avropa İttifaqı da daxil olmaqla, 14 ticarət tərəfdaşına qarşı əlavə idxal rüsumlarının tətbiqini nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Təklifə əsasən, Çin və Vyetnamdan idxal olunan məhsullara 20 faiz, digər ölkələrdən gətirilən mallara isə 10-18 faiz arasında rüsum tətbiqi nəzərdə tutulur.
ABŞ hakimiyyəti bu təşəbbüsü həmin ölkələrdəki həddindən artıq istehsal gücləri ilə əsaslandırır. Vaşinqtonun fikrincə, bu vəziyyət ABŞ sənayesinə zərər vurur.
Yeni məhdudiyyətlər 2027-ci ilin yanvarından tez qüvvəyə minə bilməz.
Təklif olunan rüsumlardan neft, qaz, bəzi ərzaq məhsulları və artıq sahəvi gömrük rüsumlarına cəlb edilən malların istisna tutulması nəzərdə tutulur.
“Tax Foundation” təşkilatının məlumatına görə, Trampın Ağ Evə qayıtmasından bəri ABŞ gömrük tarifləri siyasətində 50 dəfədən çox dəyişiklik edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































