İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında Laçının inkişafından DANIŞDI

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında Laçının inkişafından DANIŞDI

Hazırda oxunan: İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında Laçının inkişafından DANIŞDI
574525
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunub və Laçının inkişafından danışıb.

Bizim.Media xəbər verir ki, dövlət başçısı qeyd edib:
 

“Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiyinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm”.


Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı ili”nin açılış mərasiminin keçirildiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, tədbir gedişində Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verilib.

Dövlət başçısı əlavə edib: “Tədbirin qonaqları Ermənistanın 30 illik işğalından azad ediləndən sonra Laçının sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO