“AzerGold”un nizamnaməsində dəyişiklik edildi

“AzerGold”un nizamnaməsində dəyişiklik edildi

Hazırda oxunan: “AzerGold”un nizamnaməsində dəyişiklik edildi
5362
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində dəyişiklik edilib.

Bizim.Media bildirir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Məlumata görə, qərarda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən uyğunlaşdırılmalar öz əksini tapıb.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi və s. işlərlə yanaşı, qara metal filizi yataqları ilə bağlı işləri də yerinə yetirir.

Bu vaxtadək Cəmiyyət yalnız əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirirdi.

Qeyd olunanlara əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin məqsədləri və fəaliyyət istiqamətləri hissəsində dəyişiklik edilməsi zərurəti yaranıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO