Ombudsmanlar arasında qarşılıqlı əlaqələr müzakirə edildi

Hazırda oxunan: Ombudsmanlar arasında qarşılıqlı əlaqələr müzakirə edildi

0:00
0:00
39242

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstana səfər çərçivəsində bir sıra qurumların tədbirlərində iştirak edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

S.Əliyeva əvvəlcə Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının üzvləri ilə görüşüb.

Görüş zamanı təsisatların fəaliyyət istiqamətləri barəsində qarşılıqlı müzakirə aparılıb. Səbinə Əliyeva Komissiya üzvlərinə Vətən müharibəsi dövründə beynəlxalq humanitar hüququn pozulması faktlarının araşdırılması ilə bağlı həyata keçirilmiş fəaliyyət, o cümlədən faktaraşdırıcı missiyalar, hazırlanmış hesabatlar barədə ətraflı məlumat verib. 

Səfər çərçivəsində S.Əliyevanın Bolqarıstan Ombudsmanı Diana Kovaçeva ilə də görüşü baş tutub. Ombudsmanlar təsisatlar arasında qarşılıqlı əlaqələr, habelə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. 

Daha sonra Ombudsman Bolqarıstanın Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetində olub, professor-müəllim heyəti ilə görüşüb.

Ombudsman iştirakçılara təsisatın fəaliyyəti barədə məlumat verib və ona ünvanlanmış sualları cavablandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO