Nazirin həmkarları ilə görüşündə investisiya əməkdaşlığı barədə müzakirə aparıldı - FOTO

Nazirin həmkarları ilə görüşündə investisiya əməkdaşlığı barədə müzakirə aparıldı - FOTO

Hazırda oxunan: Nazirin həmkarları ilə görüşündə investisiya əməkdaşlığı barədə müzakirə aparıldı - FOTO
38727
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərindən Çad Respublikasının xarici işlər və Afrika inteqrasiyası naziri Mahamat Zene Şerif və Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Naziri Feliks Plasensia ilə ikitərəfli görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər ölkələr arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə ediblər və QH və BMT daxil olmaqla, çoxtərəfli platformalarda əməkdaşlığın əsasında uğurlu ikitərəfli münasibətlərin dayandığını vurğulayıblar. 

Qoşulmama Hərəkatının Belqradda keçiriləcək 60 illik yubiley tədbirinə hazırlıq məsələləri ətrafında müzakirələr aparılıb. 

Azərbaycanın Hərəkata uğurlu sədrliyi və ölkə rəhbəri tərəfindən pandemiyaya qarşı mübarizədə irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin təqdirəlayiq olduğu bildirilib. 

Görüşlər zamanı, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu, xüsusilə iqtisadi, ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib. 

Görüşlərdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

Nazirin həmkarları ilə görüşündə investisiya əməkdaşlığı barədə müzakirə aparıldı - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO