Ersin Tatar: “Azərbaycanın Zəfəri Böyük Türk dünyasının zəfəridir”

Ersin Tatar: “Azərbaycanın Zəfəri Böyük Türk dünyasının zəfəridir”

Hazırda oxunan: Ersin Tatar: “Azərbaycanın Zəfəri Böyük Türk dünyasının zəfəridir”
274370
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu Zirvə görüşünə dəvətə görə Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə təşəkkür edirəm”.

Bizim.Media  xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələ şəhərində keçirilən 12-ci Zirvə görüşündə bildirib.

Ersin Tatar deyib ki, bu Zirvə görüşü Azərbaycanın Zəfərinin 5-ci ildönümünə təsadüf edir:

“Azərbaycanın Zəfəri ədalətin, Böyük Türk dünyasının zəfəridir. Türk Dünyası birlik olanda hər çətinliyin öhdəsindən gəlmək olur. Biz Azərbaycanın haqlı davasında hər zaman yanında olduq və olmağa da davam edəcəyik. Biz bu gün təkcə bir araya gəlmirik, ortaq gələcəyimizi formalaşdırırıq”.

O, Türk dövlətlərinin birliyinin önəmini vurğulayıb.

“Qarabağ fatehi Prezident İlham Əliyevə xüsusi təşəkkürümü bildirirəm”, - Ersin Tatar vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO