Çinin “CCCC” şirkətindən Azərbaycanla bağlı TƏKLİFLƏR: Metro tikintisi, şəhər nəqliyyatı... - FOTO

Çinin “CCCC” şirkətindən Azərbaycanla bağlı TƏKLİFLƏR: Metro tikintisi, şəhər nəqliyyatı... - FOTO

Hazırda oxunan: Çinin “CCCC” şirkətindən Azərbaycanla bağlı TƏKLİFLƏR: Metro tikintisi, şəhər nəqliyyatı... - FOTO
267951
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində "CCCC" (“China Communications Construction Company”) şirkətinin sədri Son Haylian ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı, ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığı bildirildi.

Həmçinin Transxəzər nəqliyyat dəhlizinin inkişafı və Bakı Beynəlxalq Dəniz Limanının ikinci mərhələsində bu şirkətin iştirakına dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı şirkətin fəaliyyət sahələrinə daxil olan istiqamətlər - nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən metro stansiyalarının tikintisi, avadanlıq istehsalı və şəhər nəqliyyatının kompleks inkişafı ilə bağlı məsələlər müzakirə olundu.
 

Son Haylian Abşeron yarımadasında göllərin təmizlənməsi və bərpası ilə əlaqədar konseptual təkliflər təqdim edəcəklərini bildirdi.


Görüşdə dünyanın mühüm nəqliyyat qovşağına çevrilmiş Azərbaycanın nəqliyyat və tranzit potensialının daha da artırılması üçün həyata keçirilən genişmiqyaslı layihələr barədə fikir mübadiləsi aparıldı.

Çinin “CCCC” şirkətindən Azərbaycanla bağlı TƏKLİFLƏR: Metro tikintisi, şəhər nəqliyyatı... - FOTO - foto 1
Çinin “CCCC” şirkətindən Azərbaycanla bağlı TƏKLİFLƏR: Metro tikintisi, şəhər nəqliyyatı... - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO