İlham Əliyevlə Paşinyanın görüşü öncəsi son hazırlıqlar – FOTO/VİDEO

İlham Əliyevlə Paşinyanın görüşü öncəsi son hazırlıqlar – FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyevlə Paşinyanın görüşü öncəsi son hazırlıqlar – FOTO/VİDEO
259120
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində 10 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş baş tutacaq.

Bizim.Media xəbər verir ki, görüş ərəfəsində intensiv hazırlıqlar davam etdirilir. 

Danışıqların yaxın vaxtlarda başlanacağı gözlənilir. Görüşdə iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına aparan prosesi sürətləndirmək üçün atılacaq addımların müzakirə ediləcəyi ehtimal olunur.

Eyni zamanda, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, nəqliyyat-kommunikasiya xəttlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası kimi vacib məsələlər də gündəmdə olacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 iyul tarixində işgüzar səfərlə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gəlib. Elə həmin gün Əbu-Dabidə Prezident İlham Əliyev ilə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında görüş keçirilib. Bu görüşdə də regional əməkdaşlıq, iqtisadi layihələr və Azərbaycanın BƏƏ ilə əlaqələrinin inkişafı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İki lider arasında müzakirələrin məhsuldar keçdiyi bildirilir.
 




İlham Əliyevlə Paşinyanın görüşü öncəsi son hazırlıqlar – FOTO/VİDEO - foto 1
İlham Əliyevlə Paşinyanın görüşü öncəsi son hazırlıqlar – FOTO/VİDEO - foto 2
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO