Peskov: “Türkiyə ilə razılaşmadıq və razılaşmırıq”

Peskov: “Türkiyə ilə razılaşmadıq və razılaşmırıq”

Hazırda oxunan: Peskov: “Türkiyə ilə razılaşmadıq və razılaşmırıq”
2577
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Türkiyənin Dağlıq Qarabağda güc tətbiqinə əsaslanan həll ssenarisi ilə bağlı ardıcıl mövqeyi Rusiyanın nöqteyi-nəzərinə ziddir, lakin bu, ölkələr arasında sıx əməkdaşlığa mane olmur”.

Bizim.Media Rusiya KİV-nə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağda güc tətbiqinə əsaslanan həll ssenarisi ilə bağlı ardıcıl mövqe tutub:

“Bununla əlaqədar olaraq, türkiyəli həmkarlarımızla ciddi şəkildə razılaşmadıq və razılaşmırıq. Bu, ən yüksək səviyyələr də daxil olmaqla bütün səviyyələrdə sıx əməkdaşlığımızı davam etdirməyimizə mane olmur".

"Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daim dialoqdadırlar".

"Müəyyən fikir ayrılıqlarının olması halında, prezidentlərin münasibətləri, lazım gəldikdə, bir sıra regional problemlərin həllini asanlaşdırmaq üçün səylərimizi birləşdirməyə imkan verir”.

"Kremlin sözçüsü Putin və Ərdoğanın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatına hazırlıq zamanı danışdıqlarını təsdiq edib: “Ümumilikdə, Rusiya və Türkiyənin maraqların üst-üstə düşmə nöqtələri çoxdur. Hər iki ölkə makroregionda sabitliyin olmasında maraqlıdır".

"Rusiya ilə Türkiyənin ticarət-iqtisadi əməkdaşlıq, investisiya əməkdaşlığı baxımından bir çox qarşılıqlı maraqları var. Əməkdaşlıq həm Moskvanın, həm də Ankaranın maraqlarına cavab verir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO