Pezeşkian:“Bu tay, o tay bir-birimizlə qohumuq”

Pezeşkian:“Bu tay, o tay bir-birimizlə qohumuq”

Hazırda oxunan: Pezeşkian:“Bu tay, o tay bir-birimizlə qohumuq”
246375
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Biz qonşu olaraq bir-birimizə çox kömək edə bilərik”.

Bizim.Media xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrdən danışarkən deyib.

Dövlət başçısı qeyd edib ki, ölkələr arasında əməkdaşlıq imkanları mövcuddur: “İki qonşu və qardaş bir-biri ilə nə etməlidir? Ölkələrimiz arasında sağlam əlaqələrin yaradılması üçün əl-ələ verib əməkdaşlıq edə bilərik. Universitetlərimiz arasında əlaqələr yarada, görüşlərdə ticarət əlaqələrini müzakirə edə bilərik”.

“Bu tay, o tay bir birmizlə qohumuq. Gediş-gəlişlər töhfə verir. Ona görə də bir-birimizin gediş-gəlişimiz üçün yolları açmalıyıq. Bir-birimizə kömək edə, hər iki ölkənin xalqına sakit, yaxşı həyat yarada bilərik”, - İran Prezidenti vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO