“Eks prezidentlərin hakimiyyətə qayıtması Ermənistan üçün təhqirdir” – Georgi Vanyandan ÖZƏL MÜSAHİBƏ

Hazırda oxunan: “Eks prezidentlərin hakimiyyətə qayıtması Ermənistan üçün təhqirdir” – Georgi Vanyandan ÖZƏL MÜSAHİBƏ

22231

Ermənistanda baş verən daxili siyasi proseslər, ölkədəki xaotik vəziyyəti bir az da gərginləşdirərək, bəzi hallarda qarşıdurmalara da gətirib çıxara bilər. Qafqaz Sülh Təşəbbüsləri Mərkəzinin direktoru Georgi Vanyanın fikirincə isə, ölkədəki gərgin vəziyyətdə maraqlı olan tərəf xarici qüvvələrdir. Hazırda hakimiyyət uğrunda gedən döyüşlərdə isə hər bir namizəd hansısa xarici müdaxilələrə ümid bəsləyir. Sadə ölkə vətəndaşları isə ölkədə yalnız sabitlik istəyir.

Bizim.Media-ya danışan Georgi Vanyan bir çox gizli və eyni zamanda da maraqlı məqamlara toxunub. 

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Vanyan, salam. Söhbətimizdə hələ zamana ehtiyacı olan bəzi həssas məqamlara toxunmaq fikrim yoxdur. Hazırda Azərbaycan üçün də çox maraqlı olan bir vəziyyətə, Ermənistandakı daxili siyasi vəziyyətə toxunmaq istərdim. Çünki Azərbaycan da çox istərdi ki, Ermənistandakı siyasi vəziyyət konstruktiv bir xarakter alsın və regiondakı prossesləri daha çox sağ düşüncə ilə qiymətləndirən adamlar hakimiyyətə gəlsin. Öncəliklə oradan başlayaq ki, hazırda Ermənistanda nə baş verir?

- Buna cavab vermək bir az çətindir. Ölkədə qiymətlər artmaqdadır və heç kəs postmüharibə dövrü və Ermənistanda hər ailəyə təsir edən pandemiyanın gətirdiyi fəsadların nə zaman yoxa çıxacağını bilmir.  Məncə hər kəs yalnız bu günlə yaşayır. Hazırda gələcək üçün plan qurmaq mümkün deyil. Düzü, Ermənistanda qərar verən insanların hansı vəziyyətdə olduqlarını bilmirəm. Görünür, real Ermənistanla, erməni KİV-lərinin arasında heç bir əlaqə yoxdur. Bu iki sahə bir-birinə tərs mütənasibdir.

- İyunun 20 - də parlament seçkiləridir... Seçki marafonuna qoşulan qüvvələrdən hansını daha uğurlu hesab edirsiniz? Sizcə cəmiyyətin hansı bloka daha çox simpatiyası var və nə üçün?

- Cəmiyyətin içərisində qulluqçu məmurlar, politoloqları, ictimai xadimləri və oliqarxları xaric etsək, görərik ki,  heç kəsin buna könlü yoxdur. Mənim şəxsi təəssüratıma görə, Ermənistanda qeyri-standart, məntiqi olmayan bir vəziyyət yaranıb. Ölkənin qeyri-bərabər hərbi qarşıdurmaya girməsinə və məğlub olmasına imkan verən lider, məhz bu məğlubiyyətə görə təyin olunan seçkilərdə qələbə üçün ən real namizəd olaraq görülür. Paşinyan növbbvbədən kənar seçkiləri elan etməklə növbəti rəqabət turunu uduzdu. Bu xalqın istəyi deyildi, o, bu addımla müxalif qüvvələrin tələbini yerinə yetirdi. Düşünürəm ki, Ermənistanda əksəriyyət bu seçkiləri istəmirdi. Baxmayaraq ki, Nikol Paşinyan və komandası geriləyiblər, ancaq onlar hələ də əvvəlkilərin hakimiyyətə qayıtmaları üçün böyük maneə hesab olunurlar.  

- Bildiyiniz kimi, keçmiş prezident də son anda seçki mübarizəsinə qatılmağa qərar verib. Levon Ter-Petrosyanın şanslarını necə dəyərləndirisiniz? Onun erməni xalqı üçün nəsə etmək resursları qalıbmı?

- Ermənistanın bir çox vətəndaşı üçün keçmiş prezidenlərin yenidən seçkilərə və hakimiyyətə qayıtmaq istəyi, təhqir kimi qəbul edilməlidir. Hakimiyyətdə olan hər kəsin öz itaətkar komandası var idi. Ölkədəki kadr məsələlərini təmzimləyən, ticarəti təkbaşına idarə etdiyinə görə xarizmatik görünən hər kəsin - dini məzhəblərdə olduğu kimi pərəstişkarları var. Levon Ter-Petrosyan da istisna deyil. Ümid edirəm çoxları və xüsusən də üç prezidentin dövründə yaşayan nəsillər onların hakimiyyətə qayıtmaq və ən azından millət vəkili olmaq iddialarını təhqir kimi qəbul edirlər. Bunu mən özüm də belə qəbul edirəm. Onların bu illər ərzində qurduqları qeyri – siyasi oyunlarını və qeyri-demokratik seçki sistemini nəzərə almasaq, əminliklə deyə bilərdim ki, əvvəlkilərin hamısının şansı sıfırın altındadır.

- Seçki öncəsi vəziyyəti necə dəyərləndirirsiniz, hadisələr məcrasından çıxa bilərmi? Çünki Koçaryanın və onun tərəfdarlarının çıxışlarına baxanda ciddi üsyan, iğtişaş ritorikası ilə rastlaşırıq. Bu seçkilərin nəticəsindən asılı olaraq, ölkədə hər hansı silahlı qarşıdurma yarada bilərmi? 

- Siz düzgün qeyd etdiniz, bu həqiqətən də üsyankar ritorikadır. Bu ritorikanı gücləndirmək üçün kiçik təxribatlar törədilir, və törədiləcək də. Ancaq bu yalnız yeni bir media terroru dalğası yaratmaq və klan çəkişmələrində iştirak etməyən sadə vətəndaşları qorxutmaq üçün nəzərdə tutulub. Ara-sıra bu cür təxribatlar davam edəcək. Silahlı qarşıdurma ehtimalı Rusiya tərəfinin tənzimlənmə zonasındadır. 44 günlük müharibə də eyni başlıqla başladı, davam etdi və bitdi. Ona görə, hər şey ola bilər.

- Son sual, seçici kimisə seçə bilər, yaxud ona kimisə seçdirə də bilərlər.  Şəxsən sizin fikrinizcə, Ermənistandakı hazırda seçkiyə qatılan hansı qüvvənin qalib gəlməsi, ölkəni sabitliyə, regionu əminamanlığa apara bilər? Buna ümid edirsinizmi?

- Ölkədəki sabitlik xarici oyunçulardan asılıdır. İndi Ermənistanda həqiqi siyasi sabitliyin bərqərar olmasında maraqlı olan bir xarici oyunçu olduğunu düşünmürəm. Çünki bu avtomatik olaraq Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsindən başlamalıdır. Bundan yalnız sadə Ermənistan vətəndaşları maraqlıdır, onların isə başı dolanışıqlarına qarışıb, təcili problemləri həlli etmək üçün kifayət qədər gücə və resurslara sahib deyillər. Milli erməni ideologiyası dərin bir böhran içərisindədir. Millətçilər öz saxtakarlıqlarında və baş verənlərə dair yalançı izahatlarının boşluğunda azıblar. Bu seçkilərin nəticəsi yalnız seçilənlər üçün vacibdir. Ermənistanda demokratik institutlar inkişaf etməyib, bütün namizədlər isə sırınıb.

- Vaxt ayırıb suallarımıza cavab verdiyinizə görə, təşəkkür edirəm.

- Siz sağ olun.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO