Leyla Əliyeva “Seaspiracy” sənədli filminin NÜMAYİŞİNDƏ - FOTO

Leyla Əliyeva “Seaspiracy” sənədli filminin NÜMAYİŞİNDƏ - FOTO

Hazırda oxunan: Leyla Əliyeva “Seaspiracy” sənədli filminin NÜMAYİŞİNDƏ - FOTO
220877
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Fighting for International Nautical Species” (FINS) təşəbbüsünün pavilyonunu ziyarət edib. Pavilyon dəniz canlılarının qorunması, eləcə də bu sahədə beynəlxalq səylərin artırılmasının əhəmiyyətinə həsr olunub.

Bizim.Media xəbər verir ki, FINS pavilyonunda həyata keçirilən silsilə tədbirlər çərçivəsində Leyla Əliyeva “Seaspiracy” sənədli filminin nümayişində iştirak edib.

Sözügedən filmdə balıqçılıq sənayesinin ətraf mühitə, ekosistemlərə və dəniz heyvanlarına təsirinə dair məlumat verilir və dayanıqlı balıqçılığın yaratdığı imkanlar qeyd olunur.

Tədbirin yekununda “Seaspiracy” layihəsinin rəhbəri İzabella Kavalletti iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Leyla Əliyeva “Seaspiracy” sənədli filminin NÜMAYİŞİNDƏ - FOTO - foto 1
Leyla Əliyeva “Seaspiracy” sənədli filminin NÜMAYİŞİNDƏ - FOTO - foto 2
Leyla Əliyeva “Seaspiracy” sənədli filminin NÜMAYİŞİNDƏ - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO