Azərbaycanla bağlı sənədlər yoxa çıxıb – Moskva arxivlərində ERMƏNİ ƏLİ 

Hazırda oxunan: Azərbaycanla bağlı sənədlər yoxa çıxıb – Moskva arxivlərində ERMƏNİ ƏLİ 

21648

“Keçən həftə İrəvanda təhlükəsizlik şurasının keçirdiyi gizli iclasda Azərbayacanın əleyhinə olan yeni hərbi xəritə təqdim olunub. Xəritədə Azərbaycan torpaqları Ermənistan ərazisi kimi göstərilib. Sənədin hazırlanmasında Fransa, Rusiya və Amerika generalları iştirak edib”.  

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Rövşən Novruzoğlu deyib.

O bildirib ki, bütün bu əməliyyatların baş tutması üçün ermənilər Moskvadakı arxivləri də talayıblar. Oradakı məxfi sənədlərin ələ keçirilməsi üçün arxiv işçilərini pulla alıb sənədləri məhv ediblər ki, ortada həqiqəti sübut edən bir sənəd qalmasın. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərə KTMT-dən verilən CAVAB - Yeni bir sərhəd çəkə bilməzlər


R.Novruzoğlu bildirib ki, onlar bu qara niyyətlərini lap çoxdan həyata keçirirlər, bir neçə il bundan əvvəl Rusiyada Azərbaycana aid olan tarixi sənəd yoxa çıxıb:

“2003-cü il iyun ayının 17-də Rusiyanın məxfi hərbi tarix institutundan 94 səhifəlik Azərbaycan torpaqlarına aid məxfi sənədlər oğurlanıb. Orada Mircəfər Bağırovun zamanında Azərbaycan ərazisini qorumaq üçün etdiyi bütün fəaliyyəti əks edilmişdi. Ancaq çox təəssüf ki, bu materiallar yoxa çıxıb. O faktlar əlimizdə olsa idi indiki vəziyyətdə bu bizim çox köməyimiz olardı”.

Rövşən Novruzoğlu hazırda sərhəd mübahisəsi ilə bağlı ermənilərin güvəndiyi də illərcə tariximizi, coğrafiyamızı saxtalaşdırmaqla bağlı apardıqları əməllərdir.

Onlar hesab edirlər ki, artıq bizim sərhədlərimizi sübut edən elə bir əşyayi-dəlilimiz olmayacaq:

“Amma onlar yanılırlar, Azərbaycan hökuməti bununla bağlı vaxtında bəzi tədbirlərini görüb” – deyə, politoloq fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO