"Donbas münaqişəsi dondurulmuş münaqişə xarakteri alır" - Rusiya prezidenti

Hazırda oxunan: "Donbas münaqişəsi dondurulmuş münaqişə xarakteri alır" - Rusiya prezidenti

207703
"Donbasdakı vəziyyət dondurulmuş münaqişənin əlamətlərini alır".

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

"Donbas münaqişəsi dondurulmuş münaqişə xarakteri alır ki, heç kəs, o cümlədən Rusiya bunda maraqlı deyil. Biz istərdik ki, bu vəziyyət həll olunsun. Elə həll olunsun ki, bu ərazidə yaşayan heç kəsdə narahatçılıq oyatmasın. Ukrayna ilə bağlı Minsk razılaşmalarının yerinə yetirilməsi, o cümlədən Donbasın xüsusi statusu ilə bağlı qanunun qəbul olunması Rusiyanı tamamilə qane edirdi", - deyə Rusiya dövlət başçısı qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO