Milli Məclisin korrupsiya ilə mübarizə komitəsindəki DEPUTATLARIN KORRUPSİYASI 

Hazırda oxunan: Milli Məclisin korrupsiya ilə mübarizə komitəsindəki DEPUTATLARIN KORRUPSİYASI 

20281

Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi dövlətin təhlükəsizlik və müdafiə məsələlərinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. Komitə fövqəladə vəziyyət və hərbi vəziyyət rejimi, müdafiə, hərbi qulluq, hərbi xidmətə çağırış, hərbi xidmət keçmə, hərbi qulluqçuların statusu və digər məsələləri, dövlət təhlükəsizliyinin əsasları, onun təmin etmə üsul və vasitələri, dövlət sərhəd rejiminə aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir.

Sözügedən komitədə Əminə Ağazadə, Kamal Cəfərov, Nurlan Həsənov kimi gənc deputatlar da yer alıb. Bundan başqa komitəni təmsil edən millət vəkilləri arasında REAL Partiyasından Erkin Qədirli, politoloq Elşad Mirbəşiroğlu, Trend İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyevin olması insanlardakı inamı bir az da artırır.

Çünki sadlanan ilk 3 ad korrupsiya ilə mübarizədə yeniliklər gətirə bilər və onların rüşvət qalmaqalı yaşanmayıb. Komitədə müxalif partiyanın da təmsilçisinin olması korrupsiya ilə mübarizəyə inamı bir az da yüksəldib. Korrupsiya ilə mübarizəni komitəsinin digər üzvlərinə gəlincə...

Aydın Mirzəzadə haqqında 2020-ci ilin yanvarında qalmaqallı xəbərlər yayılıb. Belə ki, Elxan Nəbiyev adlı Mingəçevir sakini həmin rayonu təmsil edən deputat barədə ittihamlar irəli sürüb:

"Əvvəldən 17 min dollar depozit qoymuşdum restorana. İndi pulu qaytarmır. Hətta məni həbs etdirmək istəyirdi, ölkədən getməyə məcbur oldum”.

Bundan başqa, Elxanın sözlərinə görə, Aydın Mirzəzadə maşınla uşaq vurub öldürüb, kimlərinsə torpağını mənimsəyib. 

Milli Məclisin sabiq spikeri Oqtay Əsədov da korrupsiya ilə mübarizə komitəsində oturan millət vəkillərindən biridir. Onun haqqında mətbuatda yazılıb ki, “14 il parlamentin sədri postunu tutmuş Oqtay Əsədovun bu müddət ərzində adı qarışmadığı korrupsiya əməli qalmadı. Onun deputatlarla bağlı məlumatları “dövlət içində dövlət” qurmuş Eldar Mahmudova ötürməsi də aşkar-gizli fəaliyyətinin pik nöqtəsi idi”. 

Yazılanlara inansaq, Oqtay Əsədov spikerlikdən adi deputat kürsüsünə endikdən sonra heç iclaslara da qatılmır, Türkiyə-Rusiya və Britaniyanı əhatə edən biznesini Sulutəpədəki sarayından idarə edir. Onun imarətlərindən digərinin Şüvəlanda olduğu barədə informasiyalar da var. Oqtay Əsədovun kürəkəni Mehman Qocayevin Londonun ən bahalı bölgələrindən olan “St. Johns Wood”da 1 milyonluq mülkü mövcuddur. Məlumata görə, Rusiya paytaxtında da Əsədovlar çoxmərtəbəli binaya sahibdirlər. 

Oqtay Əsədovun adı spiker olarkən deputat mandatı qarşılığında Rəfael Cəbrayılovdan 3 milyon pul alması iddiasından tutmuş Türkiyədə ekzotik quş biznesinə qədər hallanıb.  

Komitənin digər üzvləri Ziyafət Əsgərov, Aqil Abbas, Elman Məmmədov, Nizami Səfərov, Hikmət Babaoğlu və Bəxtiyar Sadıqov barədə korrupsiya ilə əlaqəli heç bir faktla rastlaşmadıq. Araşdırma aparmağa da lüzum görmədik…

Amma… “İnsanları qanunverici orqana inandırmaq üçün Milli Məclisi qanuna riayət etməyənlərdən təmizləmək lazımdır. Görünür, 2020-ci ilin fevralındakı növbədənkənar parlament seçkiləri 2021-ci ildə də təkrarlana bilər. Onsuz da hələ 5 mandatın taleyinə aydınlıq gətirilməyib”. Ekspertlər belə düşünür.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO