Emomali Rahmon İlham Əliyevi Tacikistana dəvət etdi - FOTO

Emomali Rahmon İlham Əliyevi Tacikistana dəvət etdi - FOTO

Hazırda oxunan: Emomali Rahmon İlham Əliyevi Tacikistana dəvət etdi - FOTO
16176
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikasının Prezidenti Emomali Rahmon tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Tacikistan arasında mövcud olan ikitərəfli münasibətlərin hərtərəfli inkişafına dair məsələlər müzakirə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Tacikistana səfər edib - SƏBƏB


Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq ölkənin son illər ərzində keçdiyi inkişaf yolunu xüsusi olaraq vurğulayıb.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib.

Tacikistan Prezidenti Azərbaycanın COVID-19 ilə mübarizədə Tacikistana göstərdiyi yardımı yüksək qiymətləndirərək, pandemiya müddətində Azərbaycanın Tacikistan mallarının tranzit daşımaları üçün xüsusi şərait yaratdığını vurğulayıb və bununla əlaqədar Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Nazir Ceyhun Bayramov qəbula görə Tacikistan Prezidentinə təşəkkürünü bildirdi və Azərbaycan Respublikası Prezidentinin səmimi salamlarını qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir bölgədə olan cari vəziyyət, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş dağıntılar, Azərbaycanın tarixi və mədəni irsinə vurulmuş ziyan, habelə bu ərazilərin yenidən qurulması və bərpası istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən işlər ilə bağlı qarşı tərəfə məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO