Ombudsmandan Ermənistanın mina terroru ilə bağlı beynəlxalq təşkilatlara ÇAĞIRIŞ

Ombudsmandan Ermənistanın mina terroru ilə bağlı beynəlxalq təşkilatlara ÇAĞIRIŞ

Hazırda oxunan: Ombudsmandan Ermənistanın mina terroru ilə bağlı beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
146160
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kəlbəcərdə mülki şəxsin minaya düşməsi hadisəsinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva reaksiya verib.

Bizim.Media xəbər verir ki, Ombudsman bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minalar və partlamamış hərbi sursatlar mülki şəxslərin həyatına ciddi təhlükə yaratmaqda davam edir:

"Belə ki, cari il iyulun 13-də Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı mülki şəxs mina partlayışı nəticəsində xəsarət alıb.

Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru hərbi qulluqçularımızın və mülki şəxslərin həyatını itirməsinə və ya yaralanmasına səbəb olur, eyni zamanda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngidir, sahibkarlıq subyektlərinin fəaliyyətinə, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaradır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin açıq nümayişidir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, aidiyyəti beynəlxalq təşkilatları Ermənistanın mina terrorunun dayandırılması, işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verməsi ilə bağlı qəti addımlar atmağa çağırıram".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO