"Monteneqro ilə əlaqələrimizin inkişaf dinamikası bizi sevindirir" - İlham Əliyev

Hazırda oxunan: "Monteneqro ilə əlaqələrimizin inkişaf dinamikası bizi sevindirir" - İlham Əliyev
145999
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan-Monteneqro dövlətlərarası əlaqələrinin inkişaf dinamikası bizi sevindirir. Bu gün ölkələrimiz arasında münasibətlərin, bir sıra sahələrdə, xüsusilə də energetika və nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var.

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Monteneqronun milli bayramı münasibətilə monteneqrolu həmkarı Yakov Milatoviçə təbrik məktubunda ifadə edib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Monteneqro Prezidentinə təbrik məktubu GÖNDƏRDİ


“İnanıram ki, ənənəvi dostluq əlaqələrimizi möhkəmləndirmək, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”, - deyə məktubda vurğulanıb.

Dövlətimizin başçısı Prezident Yakov Milatoviçə möhkəm cansağlığı, işlərində uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO