İlham Əliyev Almaniya Xarici İşlər Nazirliyinin dövlət nazirini qəbul etdi - VİDEO

İlham Əliyev Almaniya Xarici İşlər Nazirliyinin dövlət nazirini qəbul etdi - VİDEO

Hazırda oxunan: İlham Əliyev Almaniya Xarici İşlər Nazirliyinin dövlət nazirini qəbul etdi - VİDEO
145611
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindneri qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişaf dinamikasının artdığı qeyd edilib, Prezident İlham Əliyevin bu ilin mart ayında Almaniyaya səfərindən sonra ölkələrimiz arasında əlaqələrdə yeni səhifənin açıldığı məmnunluqla vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və sülhün əldə edilməsi istiqamətində ölkəmiz tərəfindən göstərilən səylərdən danışılıb.

Enerji sahəsində əməkdaşlıq və bu əməkdaşlığın gücləndirilməsi, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Anlaşma Memorandumu ilə bağlı fikir mübadiləsi aparılıb.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO