DSX-dən erməni diversant qrupunun Zəngilandakı təxribatı barədə MƏLUMAT 

Hazırda oxunan: DSX-dən erməni diversant qrupunun Zəngilandakı təxribatı barədə MƏLUMAT 

138189

May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Zəngilan istiqamətində bir qrup erməni diversantı ZƏRƏRSİZLƏŞDİRİLİB


Məlumata görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb. 

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar. 

Əməliyyat şəraiti nəzarətdə saxlanılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO