İsrail səfiri “Azərenerji”də olub

İsrail səfiri “Azərenerji”də olub

Hazırda oxunan: İsrail səfiri “Azərenerji”də olub
13600
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə İsrailin Azərbaycandakı səfiri Corc Dikin görüşü olub.

ASC-dən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan və İsrailin enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri barədə müzakirələr aparılıb.

İsrail səfirinin 44 günlük Vətən Müharibəsi zamanı, daha dəqiqi ötən ilin 23 oktyabr tarixində erməni terrorçuları tərəfindən törədilmiş raket hücumlarının fəsadları ilə tanış olmaq məqsədi ilə Gəncə və Mingəçevir şəhərlərinə səfər etməsi, o cümlədən ermənilərin hədəfə aldığı Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan İES”də olması görüş zamanı xüsusi xatırlanıb.

Görüşdə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən enerji layihələri, o cümlədən xarici investorların layihələrə maraq göstərməsi ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO