“Daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu ”

“Daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu ”

Hazırda oxunan: “Daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu ”

1204

Təhsil naziri Emin Əmrullayev Ermənistanın müharibə cinayəti nəticəsində daha iki şagirdin vəfat etdiyini açıqlayıb.
 

Bizim.Media-nın məlumatına görə, nazir bildirib ki, İsmayılzadə Orxan Rəhbər oğlu və Mayakov Artur Vladimir oğlu düşmən təcavüzü nəticəsində həlak olublar.

"Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Orxan oktyabrın 24-ü səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində dünyasını dəşyişib.

Digər şagirdimiz Artur oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almışdı. Bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO