Ceyhun Bayramov Uqandalı həmkarı ilə iki ölkə arasındakı əməkdaşlığı MÜZAKİRƏ ETDİ 

Ceyhun Bayramov Uqandalı həmkarı ilə iki ölkə arasındakı əməkdaşlığı MÜZAKİRƏ ETDİ 

Hazırda oxunan: Ceyhun Bayramov Uqandalı həmkarı ilə iki ölkə arasındakı əməkdaşlığı MÜZAKİRƏ ETDİ 
117914
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

1 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Uqanda Respublikasının xarici işlər naziri Odonqo Cece Abubakar arasında telefon danışığı baş tutub. 

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, telefon danışığı zamanı, Azərbaycan və Uqanda arasında ikitərəfli münasibətlərin perspektivləri və Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. 

Nazir Ceyhun Bayramov, iki ölkə arasında Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğuna məmnunluqla istinad edib.

Bu xüsusda, cari ilin mart ayında Bakıda keçiriləcək QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasına dair hazırlıq işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib. 
Azərbaycanın 2019-cu ildən bəri Hərəkata uğurla sədrlik etməsi, habelə Hərəkatın inkişafına töhfə verilməsi istiqamətində göstərdiyi qlobal təşəbbüslər məmnunluqla xatırlanıb. Bu xüsusda, Azərbaycanın QH-ya uğurlu sədrlik təcrübəsinin Hərəkatın növbəti sədri qismində Uqanda ilə bölüşülməsinin vacibliyi qeyd olunub. 

Tərəflər, eyni zamanda 2023-cü ilin dekabr ayında Uqandanın Kampala şəhərində keçirilməsi nəzərdə tutulan QH-nın 19-cu Zirvə Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər. 

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO