Cənub Qaz Dəhlizinin Avropaya verdiyi, Azərbaycana gətirdiyi güc – İMZANIN SAHİBİ

Cənub Qaz Dəhlizinin Avropaya verdiyi, Azərbaycana gətirdiyi güc – İMZANIN SAHİBİ

Hazırda oxunan: Cənub Qaz Dəhlizinin Avropaya verdiyi, Azərbaycana gətirdiyi güc – İMZANIN SAHİBİ

11735

Son günlərdə son on illiyin nəhəng regional enerji layihəsi olan “Cənub Qaz Dəhlizi” ciddi şəkildə müzakirə olunur. Bir çox aspektdən Azərbaycanın  geosiyasi və diplomatik uğurlarının göstəricisi hesab olunan layihə, eyni zamanda regional reallıqların da Azərbaycanın xeyrinə dəyişməsindən xəbər verir.

 

MÖVZU İLƏ BAĞLI:

Prezident Cənub Qaz Dəhlizinin inşasında iştirak edən bütün tərəfdaşlara təşəkkür etdi 


Bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasını bir neçə istiqamətdə Azərbaycanın uğurlu xarici siyasət kursunun məntiqi nəticəsi kimi dəyərləndirilə bilər.

Azərbaycan üçün “Cənub Qaz Dəhlizi” çərçivəsində əladə olunmuş uğurlaradan bəlkə də ən önəmlisi ABŞ və Böyük Britaniya kimi dövlətlərin Cənubi Qafqazdakı geosiyasi və iqtisadi maraqlarının uğurlu şəkildə koordinasiya edilməsidir.

 

Müxtəlif dövlətlərin enerji sahəsində bir-biri ilə rəqabət apardığı bir dövrdə Xəzər hövzəsinin enerji ehtiyyatlarının istismarı və bu enerji mənbələrindən hansı dövlətlərin pay alacağı olduqca ciddi əhəmiyyətə malik idi.


Azərbaycan prezidentinin diplomatik zəkası nəticəsində qlobal güclərin Xəzər hövzəsindəki maraqları Azərbaycanın maraqlarına cavab verəcək şəkildə koordinasiya edilmiş oldu. Bunun ən önəmli nəticələrini də Azərbaycan ordusunun Qarabağdakı 44 günlük anti-terror hərbi əməliyyatları zamanı gördük. 

Ölkə prezidenti “Cənub Qaz Dəhlizi” Məşvərə Şurasının online icasındakı çıxışı zamanı qeyd etdiyi kimi layihənin əsas istehsalçısı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür.

Məhz bu istiqamətdə görülən mühüm işlər nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olub.

Digər tərəfdən “Cənub Qaz Dəhlizi” layihəsi bölgəyə böyük güclərlə yanaşı ciddi maliyyə təsisatlarının da girişi üçün imkan yaradıb. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı kimi maliyyə təsisatları üçün də Azərbaycanın etibarlı biznes tərəfdaşı olması nümayiş etdirilib.

 

Məhz bu biznes tərəfdaşlığı nəticəsində önəmli maliyyə təsisatlarının bölgədəki əsas enerji layihələrində iştirakı gələcəkdə nəzərə tutulan strateji layihələr üçün olduqca əlverişli imkanlar yaradacağı aydındır.


Prezident İlham Əliyev bu məsələni öz çıxışında da dilə gətirib. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi nəzərədə tutulan “yaşıl enerji” və “ağıllı şəhərlər” kimi layihələr 100 faiz xarici sərmayə hesabına icra olunacaq.

Dünya Bankının hesabatına əsasən Azərbaycan biznes fəaliyyəti üçün imkanlar baxımından 30 aparıcı dövlət sırasında olduğunu qeyd edən Prezident bunun Azərbaycanın sərmayə mühiti olduqca münbit olmasının göstəricisi olduğunu əlavə edib.

Bütün bunlar isə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycanın iqtisadi rentabellik baxımından da uğurlu obraz yaratmasına imkan verən diplomatik gedişlərindən xəbər verir.

Eyni zamanda “Cənub Qaz Dəhlizi” layihəsi ilə Azərbaycan regiondakı geosiyasi reallıqları düzgün qiymətləndirmə bacarığını bir daha sübut edib. Qərbin əsas enerji mənbələrindən biri olan Mərkəzi Asiyaya çıxış imkanı olduqca məhdudur.

 

Coğrafı əngəllərlə yanaşı Rusiya və İranla yaşanan siyasi konfliktlər Avropanın enerji təminatı üçün mühüm əhəmiyyətə malik olan Mərkəzi Asiyaya çıxış imkanlarını məhdudlaşdırırdı. Geridə Avropanı Mərkəzi Asiya birləşdirəcə biləcək yeganə tranzi xətt olaraq Azərbaycan qalırdı.  


Məhz Azərbaycanın regiondakı dəyişən geosiyasi maraqları uğurlu şəkildə kordinasiya etməsi nəticəsində əsas və əvəzsiz tranzit yolu təqdim etməsinə imkan verib. Buna nail olmaq üçünsə, illər öncədən mövcud siyasi reallıqları cə xarici siyasətin yaxın 10 ildəki inkişaf tendensiyasını düzgün qiymətləndirməyə ehtiyac var idi.

“Cənub Qaz Dəhlizi” layihəsi ilə gəldiyimiz son nöqtə Azərbaycanın rəhbər tutduğu siyasi kursun nə dərəcədə uğurlu olduğunu bir daha nümayiş etdirir.

Prezident İlham Əliyevin diplomatik bacarıqları və müəyyən etdiyi xarici siyasət kursu nəticəsində Qərb ölkələri Xəzər enerji hövzəsinə çıxış imkanı əldə etdiyi kimi, bölgədə Qərblə konflik içərisində olan İran və Rusiya kimi güclərlə də normal münasibətləri qoruyub saxlamaq mümkün oldu.

 

Son on illikdə aparılan uğurlu xarici siaysətin nəticəsində Azərbaycan artıq Xəzər dənizinin şərq sahilində olan enerji ehtiyatlarının nəqli üçün etibarlı tranzit ölkəyə çevrilib. Bu vaxta qədər də Azərbaycan Xəzərin şərqində yerləşən enerji mənbələrinə Bakı-Tbilisi-Ceyhan boru kəməri və ölkəmizin dəmir yolu sistemi vasitəsilə vacib nəqliyyat çıxışını təmin edirdi.


Bu gün də Azərbaycan Xəzərin şərqi ilə əalqəni təmin edən əsas tranzit ölkədir. Bu hər şeydən əvvəl Azərbaycanın  dünyaya özünü etibarlı tranzit ölkə kimi təsdiq etməsinin nəticəsi idi. Yekun olaraq bu qənaətə gələ bilərik:

Cənub Qaz Dəhliyi Avropaya qaz, bölgəyə sülh, Azərbaycana isə əlavə güc gətirmiş oldu!

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO